Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edən səfirliklərə müraciət
Britaniya, ABŞ, Almaniya və Fransa səfirlikləri birləşərək Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb ediblər.
Qubad İbadoğlunun həbsi və cəzası ilə bağlı situasiyanı şərh etmək istəmirəm.
Problem səfirliklərin bu davranışıdır, çünki məzkur bəyanat Azərbaycanın daxili işlərinə kobud, tərbiyəsiz və qaba şəkildə qarışmaq cəhdidir.
Heç bir ölkənin hər hansı dövlətdəki səfirliyi həmin məkanın sosiumunda və ya daxili siyasi müstəvisində yaşanan proseslərlə bağlı ultimativ qaydada bəyanat verməyə birmənalı olaraq səlahiyyətli deyil, ola da bilməz.
Cənab səfirlərə müraciət edərək belə primitiv təzyiq formalarına əl atmamağı məsləhət görərdim. Əks təqdirdə, Azərbaycanın müvafiq ölkələrdəki səfirliklərinin həmin dövlətlərdəki saxlanmalar, həbslər və s. ilə bağlı bəyanatlar vermək üçün yetərincə faktoloji əsasları tapıla bilər.
Ümid edirəm hörmətli səfirlər nə demək istədiyimi anlayarlar…
Elçin Alıoğlu
Milli.Az