İdman

Qurban Qurbanov: Komandamız bundan sonra…

Böyük hesabla qalib gəlməyimizə baxmayaraq, rəqib komanda sona qədər mübarizə apardı.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının l təsnifat mərhələsində Bakıda “Linkoln”a qarşı cavab oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi futbolçularını qələbə münasibətilə təbrik edərək azarkeşlərə də təşəkkürünü bildirdi ki, stadionda çox yüksək səviyyədə atmosfer yaratdılar.

“Bütün rəqiblərimizə qarşı ciddi yanaşırıq. Hər zaman rəqiblərimiz bizə çətin anlar yaşada bilir. Biz bütün rəqiblərimizə qarşı böyük güc sərf edirik. Daima komanda olaraq öz üzərimizdə çalışırıq”, – deyə baş məşqçi qeyd edib.

Q.Qurbanov komandanın növbəti qarşılaşacağı “Rakuv” komandası ilə bağlı da fikirlərini bölüşüb: “Rakuv” komandasının oyun fəlsəfəsi çox fərqlidir. Uzun zaman keçdikdən sonra Polşanın çempionu olmaq böyük uğurudur. Onlara Türkiyədə məğlub olmuşduq. İnanırıq ki, futbolçularımız bu komanda ilə də oyuna ciddi yanaşacaq”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button