Uncategorized

Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Hadisə ilə bağlı Milli.Az-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur. Bu baş verənlər təbii proseslərdir.

“Bu gün yoxlanılacaq ki, hansı evlərdə çat və dağıntı var. Bu da Fövqəladə Hallar Nazirliyinin işidir. Dağıntısı güclü olan zəlzələ ehtimalı yoxdur. Əhali narahat olmasın”,- deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində olub.

Zəlzələnin dərinliyi isə 13 kilometrdə yerləşib. Ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button