Ölkə
Quru sərhədlər bu tarixədək bağlı qalacaq
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Milli.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 yanvar 2025-ci ilə saat 06.00-dək uzadılıb.
Məlumat üçün bildirək ki, bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2024-cü ilədək müddəti əhatə edirdi.
Qeyd edək ki, ölkənin quru sərhədlərinin bağlı olması bu qanuna əsasən tənzimlənir.
Milli.Az