Ölkə

Rəqsanənin kiçik qızı da müğənniliyə başlayır

Müğənni Rəqsanə İsmayılovanın kiçik qızı Yağmur da ifaçı kimi fəaliyyətə başlayıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi bu haqda “Elgizlə izlə” ictimai-sosial verilişinə müsahibəsində bildirib. 

Rəqsanə Yağmurun tezliklə kamera qarşısına keçərək, ilk klip çəkəcəyini vurğulayıb: 

“Yağmurun ifası və seçdiyi musiqi janrı fərqlidir. Seçimi onun özünə buraxdım. Yağmur müğənni olmaq istədiyini söylədi. O, ən çox atası Fazil Əmiraslanovla məsləhətləşdi. O da söylədi ki, Yağmur müğənni kimi uğur qazana biləcək. Buna görə də ailəmizlə Yağmura bu yolda dəstək olmağa qərar verdik. İnşallah, bu həftə Yağmura yeni klip çəkəcəyik”. 

Şou-biznesə yeni addımlarını atan Yağmur isə valideynlərinin ona maddi dəstək durduğunu açıqlayıb: 

“Mən Rəqsanə İsmayılovanın qızı kimi tanınmaqdan fəxr edirəm. Çünki anam olmasaydı, bu yerlərə və bu günə gəlib çıxmazdım. Anam da, atam da mənə həm maddi, həm də mənəvi dəstək olurlar. Onlara buna görə minnətdaram. İstədiyim yolu seçmişəm və bu yolu gedirəm. Xoşbəxtəm!”. 

Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub, onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Məhəmməd adlı oğlan övladı var.

 Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button