Ölkə

Ramin Bayramlı bədii yaradıcılığa başladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) keçmiş sədri Ramin Bayramlı bədii yaradıcılığa başlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, həkim mikrobioloq hazırda Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi mikrobiologiya və immunologiya kafedrasında dosent vəzifəsində çalışır.

O, elmi-tibbi fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. TƏBİB-in sabiq sədrinin bədii yaradıcılığa başlaması isə onun Türkiyənin Cümhuriyyət bayramına həsr etdiyi “Canım, canım, Türkiyem” şeiri ilə məlum olub. Müəllif şeirdə ulu türk sultanlarını, Türkiyəni və onun qurucularını mədh edib.

Qeyd edək ki, Ramin Bayramlı 2019-2021-ci illərdə TƏBİB-in sədri vəzifəsində çalışıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button