Ölkə

“Rasim Balyev “kütlə” deyəndə onları nəzərdə tutur”

“Xalq artisti olmayan pulla “Xalq artisti” adı alır. Olsun, amma onun yanaşı Teymur Əmrah var. Soruşun, filmdəki mahnının adını, bəstəkarını belə desin. Aygün Bəylər… O qədər aktyorlar, müğənnilər var ki… Xalqın yanındadır, dəyər. Belə ad verilənlər yanında o qədər ada layiq olanlar var idi. Niyə onlara fəxri ad vermirsiniz?“.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Niyam Salami instaqramda yayımladığı videoaçıqlamasında deyib. İfaçı Xalq artisti Rasim balayevi tənqid edənlərə səslənib:

“Bill Qeyts Afrikada çipli ağcəqanad hazırlayır. Bunu buraxacaqlar havaya, bizə də gələcək. Onlarda elə zəhər var ki, parçalancağıq. Niyə bunu tənqid etmirsiniz? Yediyiniz mallara sümük qatırlar. At əti kəsib satırlar. Bunu da müəyyən kütlə edir. Rasim Balayevə tənqidi yazan da elə o, kütlədir. Rasim Balyev də “kütlə” deyəndə onları nəzərdə tutur”.

Niyam aparıcı Elgiz Əkbərin onun “Ölüm-ölüm” mahnısı haqda dediyi “Bu mahnı üz qarasıdır” sözlərinə “Bu, mənim sənətimə “qara” deyil. Restorana gəlib məndən pul istəyən jurnalistlər var. Deyirlər ki, pul verməsən, səndən pis yazacağam. Mən də çəkim, paylaşım? Mahnı mənim yaradıcılığıma ləkə deyil, bu hərəkətlər jurnalist adına ləkədir. Bundan danışın” deyə, reaksiya verib.

İfaçı daha sonra “Qurban bayramında 280 manatdan ucuz qoyun ala bilmirsən. Necə müsəlmansan ki, bayram günü qoyunu bu qiymətə qaldırırsan? Elə et ki, kasıb ala bilsin, kiminsə ət verməyini gözləməsin. Qurban kəsmirəm, pulunu verirəm insanlara. Bunları müzakirə edin” sözlərini əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button