Rayon yolunda maşını aşıran müğənni və prodüserin SON GÖRÜNTÜSÜ YAYILDI – Bu haldadırlar…
Oktyabrın 12-sində Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedərkən qəzaya düşən müğənni və prodüserindən xəbər var.
Milli.Az xəbər verir ki, parol.az-ın əldə etdiyi kadrlardan da görünür ki, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağızın (müğənni Şəlalə Nicat) burnu qırılıb, başqa ciddi bir xəsarəti yoxdur. Nisbətən daha ağır xəsarət alan 1996-cə il təvəllüdlü prodüseri isə artıq palataya yerləşdirilib, vəziyyəti orta-stabildir.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırması nəticəsində baş verən hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınmışdı.
Onların qəzadan sonrakı vəziyyətlərini təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun