İdman

“Real”ın yeni transferi əməliyyat olundu

“Real”ın yeni transferi Arda Güler ​​sağ dizindən əməliyyat olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Bildirilib ki, əməliyyat uğurlu keçib.

Türkiyəli yarımmüdafiəçi iyulun 29-da Madrid təmsilçisinin məşqində zədələnib. O, bu səbəbdən klubun ABŞ-dakı təlim-məşq toplanışını vaxtından əvvəl başa vurub. 18 yaşlı futbolçunun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, “Real” iyulun 6-da A.Gülerlə 2029-cu ilin iyununa qədər müqavilə imzaladığını açıqlayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button