İqtisadiyyat

Regionlarda kreditlər əlçatan deyil – VİDEO

Azərbaycanda Bank Ombudsmanına müraciətlərin sayı azalıb. Buna baxmayaraq, bu il mayın 1-nə ölkədə 591, 8 milyon manat problemli kredit olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Bakıda “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda keçirilən elmi – praktik konfransda deyib.

O qeyd edib ki, problemin aktuallığını nəzərə alıb maliyyə mübahisələrinin sivil həlli yolları tapılmalıdır.

Konfransda çıxış edən deputat Vüqar Bayramov isə bildirib  ki, regionlarda kreditlər əlçatan deyil.

Onun sözlərinə görə, kommersiya banklarının verdikləri kreditlərin 76 %-i Bakının payına düşür.

Vüqar Bayramov qeyd  edib ki, bu ilin 5 ayında ölkədə 9 milyard manatdan çox istehlak və ipoteka kreditləri verilib.

Millət vəkili Razi Nurullayev isə bank faizlərinin yüksək olmasına diqqət çəkib.

Millət vəkili Mahir Abbaszadə  istehlak kreditlərinin faiz dərəcələri ilə bağlı vətəndaş müraciətlərinin say çoxluğundan danışıb.

Azərbaycan Mərkəzi Bankının baş direktoru Toğrul Əliyev qeyd edib ki, ölkədə həm əhalinin, həm də biznesin kreditləşdirilməsi üzrə böyük potensial var. “İpoteka kreditləşməsinin bütün vətəndaşlar üçün əlçatan olduğunu demək olar”, – deyə o bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button