İqtisadiyyat

Regionlarda yaşayan vətəndaşlar KREDİT almaqda çətinlik çəkir

Regionlarda yaşayan vətəndaşlarımız banklardan krediti çətinliklə alır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Mərkəzi Bankın məlumatına görə, bu ilin 31 iyul tarixinə Azərbaycanda kredit portfelinin həcmi 21 milyard 372 milyon manat olub.

Kreditlərin -54.4% faizi biznes təyinatlıdır. İstehlak kreditləri – 29.8%, ipoteka kreditləri – 15.8% təşkil edib.

Bu əvvəlki aylarla müqayisədə artım hesab edilsə də, regionlara düşən pay hələ də ürəkaçan deyil. Belə ki, ümumi kredit portfelinin 16 milyard 336 milyon manatı Bakıda qeydə alınıb.

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, ümumi kredit portfelinin cəmi  5 milyard manatı regionlardakə vətəndaşlara verilib. 

Rəşad Həsənov deyir ki, kreditin ayrılmasına əngəl törədən əsas səbəb məşğulluq səviyyəsinin aşağı olmasıdır. Kredit üçün müraciət edən şəxs iş yerini göstərə bilmirsə onun kredit almaq ehtimalı azalır.

Ailə təsərrüfatı ilə məşğul olanların kredit istəyinə də hə deyilmir. Təsərrüfat uçotunun aparılmaması, risklərin daim mövcudluğu və aqrar sığortanın zəif inkişafı bankları kredit verməkdən çəkindirir.

İqtisadçı həmçinin regionlar üçün kredit faizlərinin azaldılmasının da uğurlu addım ola biləcəyini diqqətə çatdırıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button