Ölkə

Rejissoru döymək üçün 6 saat gözləyib

“Dünya gözəllərim bayramda” proqramı ilə ekranlara qayıdan müğənni Bülent Ersoyla rejissor arasında mübahisə yaşanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, qayıqla çəkiliş zamanı dənizə düşən Ərsoy bu anların qeydə alınmadığını öyrənib və özündən çıxıb. O, rejissoru döymək üçün 6 saat qapının qarşısında gözləyib. Rejissor isə özünü otağa bağlayıb.

Bülent Ersoy, Banu Alkan, Safiye Soyman və Seray Severin yer aldığı “Dünya gözəllərim bayramda” proqramı ötən axşam ilk bölümü ilə yayımlanıb. İlk bölümdə səhnələrin əskik olduğunu görən Bülent Ersoy böyük səs-küy yaradıb.

Jurnalist Müge Dağstanlının verdiyi xəbərə görə, çəkiliş zamanı Ersoy dənizə yıxılıb, lakin bu anlar rejissor tərəfindən lentə alınmayıb. Epizoda baxandan sonra səhnənin olmadığını görən Ərsoy əsəbiləşərək “Bu rejissoru döyəcəm, məni buraxın, tutmayın” deyib. Ərsoy 6,5 saat otelin girişindəki divanda gözləyib. Ərsoyla rejissor arasında yaranan gərginlik ertəsi gün aradan qalxıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button