Ölkə

Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü

Məşhur reper Çakal bu gün son model avtomobili ilə qəza keçirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, qəzadan xəsarət almadan sağ çıxan Çakalın videosunu çəkmək istəyən qadın fanat reperin qəzalı avtomobilinə çırpılıb.

Baş verənlərdən təəccüblənən reper “Maşın getdi, yenisini almalıyam” deyib.

“İmdat” mahnısı milyonlarla dinləyici toplayan Çakal ləqəbli Emirhan Çakal bu gün bir-birinin ardınca qəzaya düşüb. İki qəzadan xəsarət almadan sağ çıxan reper baş verənlərə təəccüblənib.

Çakal son modeli ilə tıxacda olarkən park edilmiş avtomobilə çırpılaraq aşmaqdan çətinliklə xilas olub. Təhlükəsizlik yastıqları partlayan və avtomobilinə ciddi ziyan dəyən Çakal evakuatorun gəlməsini gözləyərkən növbəti dəfə qəza törədib. O, dostu ilə səkidə gözləyərkən avtomobili ilə yoldan keçən iki qadın fanat həmin anları lentə alarkən reperin maşınına çırpılıb.

Həmin anları instaqram hesabında yerləşdirən Çakal “Belə bir şey ola bilməz. Həyatımda belə bir şey yaşamamışam. Yuxarı yuvarlanırdım, qadın məni çəkərkən gəlib maşına dəydi” sözlərini əlavə edib.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button