Ölkə
Rihanna bundan 32 milyon QAZANACAQ
Dünya pop səhnəsinin ulduzu Rihanna səhnəyə möhtəşəm dönüşə hazırlaşır.
Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi artıq konsert təşkilatçısı “Live Nation” şirkəti ilə 32 milyon dollarlıq (təxminən 54 milyon manat) müqavilə imzalayıb və 2024 və 2025-ci illər üçün genişmiqyaslı qastrol səfərini planlaşdırır.
Bundan əlavə, o, artıq iki yeni albom üçün musiqi materialı toplayıb. Barbados gözəli “Live Nation” ilə müqavilə bağladıqdan sonra sakitcə geri qayıtmağı planlaşdırır.
Qeyd edək ki, ilin əvvəlində Rihanna “Super Bowl”un fasiləsində çıxış etmişdi. Daha sonra çoxları onun yeni albomu haqqında açıqlama verəcəyini gözləsə də, əvəzində müğənni ikinci hamiləliyini elan edib.
Milli.Az