Ölkə

Rihanna oğlu ilə süd verən analar üçün alt paltar reklamına çəkildi

İkinci övladına hamilə olan dünya pop səhnəsinin ulduzu Rihanna oğlu “RZA” ilə birlikdə özünün “Savage x Fenty” brendinin alt paltarlarının kapsul kolleksiyasının reklamına çəkilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, müğənni hamilə və uşaq əmizdirən analar üçün büstqalter xəttini ərsəyə gətirib.

“Bunlar sizin ananızın doğum büstqalterləri deyil… Dizayn Rihanna tərəfindən hazırlanmış, körpə RZA tərəfindən təsdiqlənmişdir”, – deyə yeni kampaniyanın başlığında deyilir.

Tanıtım çəkilişlərində Rihanna yeni kolleksiyadan büstqalter taxaraq oğlunu “əmizdirib”.

Məhsullar XXS-dən 4X-ə qədər ölçülərdə olacaq və qiymətlər 35-60 dollar arasında dəyişəcək.

“Yeni hamiləlik kapsulu analara səyahətlərinin bütün mərhələlərində güvən və rahatlıq gətirmək üçün nəzərdə tutulub. İnsanlara xatırlatmaq istəyirəm ki, seksual qalmaq və valideyn kimi özünü yaxşı hiss etmək mümkündür”, – deyə Rihanna kolleksiya haqqında “Vogue” dərgisinə açıqlamasında vurğulayıb.

Rihanna və sevgilisi “A$AP Rocky” ikinci övladlarını gözləyir. Müğənninin hamiləliyi fevral ayında “Super Bowl”da çıxışı zamanı məlum olub. “RZA” cütlüyünün ilk övladı ötən ilin mayında dünyaya gəlib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button