İdman

“Roma”da türkmən hücumçu

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “canavarlar” Almaniya “Bayer”inin (Leverkuzen) hücumçusu Sərdar Azmunla anlaşıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 28 yaşlı forvard icarə əsasında paytaxt təmsilçisinin formasını geyinəcək. “Roma”nın futbolçunu 12 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququ var.

Keçən ilin qışından “Bayer”də oynayan hücumçu daha əvvəl Rusiyada “Zenit”, “Rubin”, “Rostov” və İranda “Sepahan”ın formasını geyinib. Əslən türkmən olan futbolçu İran yığmasında 69 matçda 42 qol vurub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button