İdman

Ronaldinyo həbs oluna bilər, məhkəmədən qaçır

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo yenidən Braziliya ədliyyəsinin nəzarətinə keçib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, “Barselona”nın keçmiş ulduzu kriptovalyuta şirkəti ilə bağlı fırıldaqçılıq işi üzrə bu həftənin əvvəlində məhkəmə qarşısına çıxmalı idi.

Ronaldinyo kriptovalyutaların satışını idarə etməkdən məsul olan şirkətlə ortaq olmaqda və gündəlik 2% mənfəət vəd etməkdə ittiham olunur. Lakin şirkət hesabları bloklayıb və investorlara pulu ödəməyib. 2020-ci ildə Ronaldinyoya qarşı sərmayəçilərdən təqribən 56,5 milyon avro məbləğində təzminat tələb edən qrup iddiası qaldırılıb.

Şirkət “18kRonaldinho” adlanır. Əvvəlcə bildirilib ki, firma zərgərlik və saatlarla bağlı biznes sahəsində ixtisaslaşıb. Lakin, prokurorluğun məlumatına görə, o, kriptovalyutalarla əlaqəli maliyyə piramidasında yenidən işə başlayaraq, biznesdən uzaqlaşıb. Ronaldinyonun vəkili iddia edir ki, müvəkkili əslində müvafiq icazə olmadan onun imicindən və adından qanunsuz istifadə edən şirkətin qurbanı olub.

Bu və ya digər şəkildə dələduzluqda şübhəli bilinən braziliyalı ifadə verməyə çağırılıb. Lakin maddi-texniki çətinlikləri əsas gətirərək məhkəmənin iki çağırışına cavab verməyib. Braziliya mətbuatının yazdığına görə, futbolçu növbəti çağırışa gəlməsə barəsində həbs cəzası təyin edilə bilər.

Bu, Ronaldinyonun ilk cəzası deyil. 2020-ci ilin mart ayında o, saxta pasportlar göstərdiyi üçün Paraqvay polisi tərəfindən həbs edildikdən sonra nəzarətə götürülüb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button