İdman

Ronaldo dünya rekorduna imza atıb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu milli liqalarda qol vurmaqda dünya rekorduna imza atıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) saytında məlumat verilib.

Ronaldo avqustun 29-da Səudiyyə Ərəbistanı çempionatında “Əş-Şəbab”a qarşı matçda milli liqalarda 517-ci qolunu vurub.

Onun 517 qolundan 3-ü Portuqaliya çempionatında (Sportinq), 103-ü İngiltərə Premyer Liqasında (EPL) (Mançester Yunayted), 311-i İspaniya çempionatında (Real), 81-i İtaliya çempionatında (Yuventus) vurulub.

Səudiyyə Ərəbistanı çempionatında isə 19 qol vurulub.

Məlumata görə, 38 yaşlı mütəxəssis avstriyalı Yozef Bikan və macar Ferens Puşkası (hər biri 515 qol) qabaqlayaraq rekorda imza atıb.

Qeyd olunur ki, milli liqalarda vurulan 500 qol həddinə cəmi 3 futbolçu çata bilib. Argentinalı Lionel Messinin hazırda 496 qolu var.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button