Ölkə

Röya səhnəyə robotlarla çıxacaq – Azərbaycanda İLK

Xalq artisti Röya Ayxan 1, 2, 3 sentyabrda Bakı Konqress Mərkəzində baş tutacaq solo konsertinin hazırlıqlarına başlayıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, Röyanın baş tutacaq konserti ilə bağlı bir neçə detal məlum olub.

Belə ki, müğənni Azərbaycanda yeniliyə imza atacaq. Bakı səhnəsində ilk dəfə robotlardan istifadə olunacaq.

Məlumata əsasən, bunun üçün xarici ölkələrlə danışıqlar aparılıb və müzakirələr müsbət nəticələnib. Robotlar və texnika konsertdən bir neçə gün əvvəl paytaxta gətiriləcək. 

Konsertin quruluşçu rejissoru yenə də Ranar Musayevdir. 

Səs-küyə səbəb olacaq tədbirin təşkilatçıları “Kevents Group” və “Peachline”, konsertin prodüseri isə Kənan Bayramovdur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button