Ölkə

Röyanı solo konsertində kim ağlatdı?

Xəbər verdiyimiz kimi, Xalq artisti Röya Ayxan Konqres Mərkəzdə keçirilən canlı solo konserti baş tutub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, səhnə şousu üçün xaricdən bahalı “Kuka” adlı robot gətizdirən sənətçinin başına iş gəlib.

Belə ki Röya mahnısını oxuyub bitirdikdən sonra robot onu hündürlüyə qaldırdığı kimi yerə endirməli imiş. Amma gözlənilmədən robotun mexanizmi sıradan çıxıb. Belə olan halda müğənni hündürlükdə hələ bir neçə dəqiqə qalmaq məcburiyyətində qalıb.

Hündürlükdən qorxan sənətçi səhnədə başına gələn bu hadisədən üzüldüyü və stress keçirdiyini söyləyib. Bundan sonra Xalq artisti hönkür-hönkür ağlayıb.

Tamaşaçılar isə müğənnini alqışlayaraq bu çətin anda dəstək olmağa çalışıblar. Röya göz yaşı içində nitqini bu sözlərlə yekunlaşdırıb: “Hər şeyi kənara qoyun. Bir qadın kimi ikinci mərtəbədən baxmağa belə qorxuram. Amma məni bax bu hündürlüyə qaldırdılar. Hazırda robotun beyni xarab olub və məni aşağı endirə bilmir. Növbəti oxuyacağım “Ayrılıq” mahnısının dekorasiyası başqa idi. Məcburam bu hündürlükdə oxumağa. Bu robotun adı Kukadır. Bir normal kişi tapa bimirdiniz? “Kuka-muka” nədir axı tapıb bura gətirdiniz?”

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button