Ölkə

Rozanın oğlu Rusiya serialında obrazı ilə gündəmə səs saldı

Aktyor Corc Qafarov yeni layihəsi ilə gündəmə səs salıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, rusların Türkiyədə çəkdiyi “Блеск” (“Parıltı”) adlı serialda Corc Serkan Bolat adlı baş qəhramanı canlandırıb.

Rusların “ИВИ” adlı ödənişli leqal online-video kanalında yayımlanacaq serialın anonsunu aktyor sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Anonsun sonunda C.Qafarov ön plana keçərək rus dilində “Salamlar… Məni “ИВИ”də qarşılayın! Serial “Parıltı”” sözlərini dilə gətirib.

Qeyd edək ki, Corc Qafarov “İlahi məxluq”, “Dolu”, “Bakı, mən səni sevirəm”, “Sonuncu” bədii filmlərində, “İmtahan”, “Ata ocağı” və bir çox digər serialda həmçinin Xalq artisti Emin Ağalarov və Jony-nin “Ay işığında gecə” adlı mahnıya çəkilmiş klipdə rol alıb. 

Corc son illərdir ki, Rusiyanın “Mosfilm” şirkəti ilə əməkdaşlıq edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button