Uncategorized
Rusiya Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndirir – Peskov
Rusiya idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib və Azərbaycan rəhbərliyinin oxşar mövqeyini yüksək qiymətləndirir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, bir müddət öncə Qoşulmama Hərəkatı Bakıda keçirilən nazirlər görüşünün yekunlarına əsasən 2024-cü ildə Parisdə təşkil olunacaq Olimpiya Oyunları ilə bağlı xüsusi bəyannamə qəbul edib.
Milli.Az