Siyasət

Rusiya Cənubi Qafqazı tərk etməyə hazırlaşmır

Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamaları ilə razılaşmır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağda rusiyalı sülhməramlıların missiyasının uğursuzluğa düçar olması ilə bağlı dediklərini şərh edərkən bildirib.

O qeyd edib ki, Rusiya regiondan getməyə hazırlaşmır və çıxa da bilməz.

“Moskva Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, lakin bu tezislərlə razılaşmaq mümkün deyil. Rusiya Qarabağda təhlükəsizlik təminatçısı rolunu oynamaqda davam edir və öz missiyasını azaltmaq niyyətində deyil”, – deyə Peskov əlavə edib.

Qeyd edək ki, Paşinyan İtaliya mətbuatına müsahibəsində Rusiyanın Cənubi Qafqaz regionundan gedəcəyini bildirmişdi.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button