Ölkə

Rusiya dövlət telekanalında ilk dəfə Türkiyə serialı yayımlanacaq

“Rossiya” telekanalında “Bahar” adlı Türkiyə serialı yayımlanacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə telekanalın və “Smotrim” media platformasının xarici kommunikasiyalar xidmətinin rəhbəri İqor Potapov məlumat verib.

Onun sözlərinə görə, bu, telekanal üçün cəsarətli bir addımdır və serial Türkiyədə istehsal edilən müxtəlif üslublu ekran işləri arasında “Rossiya”nın izləyiciləri üçün ən uyğun olanıdır.

Potapov qeyd edib ki, serial bir vaxtlar ailəsi naminə həkimlik karyerasını yarımçıq qoyan, lakin müəyyən hadisələr nəticəsində ilkin peşəsinə qayıtmağa qərar verən evdar qadının hekayəsindən bəhs edir.

“Burada dram və komediya elementləri var. Ümumiyyətlə, hər şey həyatda olduğu kimidir”, deyə o bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button