Ölkə

Rusiya sülhməramlıları ermənilərə təklif etdi

Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndiyə buraxılmasını təklif edib. Lakin Qarabağdakı erməni quldurları onların bu təklifini qəbul etməyib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Qarabağdakı daşnakların başçısı David İşxanyan bildirib.

Onun sözlərinə görə, Bakıdan göndərilən humanitar yükün Xankəndiyə buraxılması məsələsi dünən Rusiya sülhməramlılarının komandanlığı ilə müzakirə olunub, lakin danışıqlar nəticə verməyib.

David İşxanyan Rusiya sülhməramlı kontingentinin təzə komandanının Qarabağa yeni gəldiyini, vəziyyətlə yaxından tanış olmadığını da bildirib.

Qeyd edək ki, ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.

Un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir.

Yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlıları ilə müzakirələr aparılır.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button