İqtisadiyyat

Rusiya taxılın ixrac rüsumunu ARTIRDI… – Azərbaycana təsiri necə olacaq?

Rusiyada taxıl üçün ixrac rüsumu artırılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Rusiya Azərbaycan üçün buğda, arpa və qarğıdalının əsas idxalatçısıdır. Cari ilin birinci yarımilliyində Azərbaycanın buğda idxalının 66,3 %-i, arpa idxalının 81 %-i, qarğıdalı idxalının isə 66 %-i bu ölkədən olub. ess

“Avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb.”

İqtisadçı ekspert Xalid Kərimli deyir ki, bu Azərbaycanda da buğda, arpa və qarğıdalının idxal qiymətinə təsir göstərə bilər.

Ekspert bildirib ki, rus rublu son dövrlərdə 25 faizə qədər ucuzlaşıb. Rüsumların rublda 15-20 faiz bahalaşması yerli un və buğda idxalçılarının xərcini manatda artırmayacaq.

“Çünki daxili bazarda kifayət qədər xammal ehtiyatımız var. Rusiya ixrac rüsumlarını tez-tez azaldır və ya artırır. Bu qərar da müəyyən bir dövr üçündür. Onun ölkəmizdəki qiymətlərə təsirinin uzunmüddətli olacağını hesab etmirəm”, – deyə ekspert qeyd edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button