Ölkə

Rusiya və Şotlandiyadan bu məhsulların idxalına məhdudiyyət qoyuldu

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında, Şotlandiyanın Haylənd və Na-h-Elanan-Şiar inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə həmin ərazilərdən, zonalaşma prinsipi nəzərə alınmaqla xəstəlik baş vermiş ərazi vahidinə daxil olan təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən quşçuluq məhsullarının, yemlərin, kəsim və emal üçün istifadə olunan avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

“Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Başqırdıstan Respublikasından, Şotlandiyanın Haylənd və Na-h-Elanan-Şiar inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub”, – məlumatda deyilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button