Ölkə
Rusiyalı məşhur mərasimə milyon dollarlıq zinət əşyası ilə gəldi
Rusiyalı müğənni Lolita Milyavskaya “Muz-TV”nin mükafatlandırma mərasiminə bir milyon dollar, hətta daha baha olan zinət əşyası taxaraq gəlib.
Milli.Az olke.az-a istinadən bildirir ki, bu, zümrüdlü boyunbağı olub. Lolitanın dediyinə görə, o, boyunbağını özü özünə hədiyyə edib.
Zərgər Qriqori Bakatov zinət əşyasını bir milyon dollardan çox qiymətləndirib. Onun sözlərinə görə, boyunbağının əsas özəlliyi 10 karatlıq zümrüddür.
“Nadir və inanılmaz dərəcədə bahalı bir zərgərlik əşyasıdır”, – zərgər bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun