Rusiyanın Qarabağda general rotasiyasının MƏQSƏDİ: Bakı nəzarəti ƏLƏ ALDI

Rusiyanın Qarabağda general rotasiyasının MƏQSƏDİ: Bakı nəzarəti ƏLƏ ALDI

“Sərhəd-keçid məntəqəsi ilə bağlı maraqlı məqam ondan ibarətdir ki, bu, son sülh sazişinin həyata keçirilməsini asanlaşdırmaq üçün etimadın möhkəmləndirilməsi tədbiri kimi, prezident Əliyevin bu yaxınlarda qarşılıqlı nəzarət-buraxılış məntəqələrinin yaradılması təklifindən sonra həyata keçirilir. İrəvandan birmənalı cavab gəlmədiyindən və təxribatların arası kəsilmədiyindən Bakı hərəkətə keçərək, əvvəllər işğaldan azad edilmiş ərazilərin geri alınmasında olduğu kimi, “yerdə reallıq” yaratdı”.

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurmaqla Rusiyanın seçim imkanlarını məhdudlaşdırdı:

“Təəssüf ki, beynəlxalq ictimaiyyəti məcbur etməyin yeganə effektiv yolu kimi “yerdə reallığın” yaradılması görünür, çünki bu reallıqlar yarandıqdan sonra heç kim faktiki olaraq müdaxilə etməyəcək və bəzi təbliğatlardan sonra dünya real prioritetlərlə qarşılaşınca, buna doğru irəliləyəcək.

Sərhəd-keçid məntəqəsinin açılması həm də İrəvanı sülhə doğru irəli addım atmağa məcbur edir və sülh sazişi ilə bağlı öz öhdəliklərini yerinə yetirməmək üçün daha az bəhanə saxlayır. Rusiya da Bakının öz hüquqlarını müdafiə etməsi ilə razılaşmalıdır. Hazırda Kreml açıq qarşıdurmalarda heç bir mövqedə deyil. Rusiya çox yaxşı anlayır ki, sülhməramlıların öhdəliklərinə görə ona təyin edilmiş hüquqlardan başqa regionda heç bir hüququ yoxdur.

Rusiya həm də Ukraynadakı ordusunun çıxılmaz vəziyyətə düşməsi, xüsusən də Baxmut fiaskosu səbəbindən çətin vəziyyətdədir. Beləliklə, Kreml səylərinin əksəriyyətini bu məqsədə yönəltməyə məcburdur və bu baxımdan Cənubi Qafqazda kontingentin komandanlarının rotasiyası o qədər də təəccüblü deyil.

Rusiyanın seçim imkanları məhduddur. Çünki işğaldan azad edilmiş ərazilərdən qaçaqmalçılıq əməliyyatlarını icra etdikləri marşrutun indi Bakının nəzarətinə keçməsi ilə gərginliyi gücləndirmək və ya təhrik etmək, eyni zamanda sülhməramlılarının səlahiyyətlərindən kənarda hərəkət etmək imkanı daha azdır.

Təxribatlar bundan sonra Laçın yolunun başlanğıcında qurulan yeni keçid məntəqəsi fonunda davam edərsə, sülhməramlılar açıq şəkildə günahkar olacaqlar. Rusiyanın əlləri getdikcə daha çox bağlanır. Bu aspektdə onun regiondakı rolu və Bakıya qarşı İrəvana kömək və ya təzyiq imkanları əhəmiyyətli dərəcədə azalır”.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları komandanının müavini, general-polkovnik Aleksandr Lentsov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı təyin edilib. O, bu vəzifədə Andrey Volkovu əvəzləyib.

Təhməz Əsədov
Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir