Ölkə

Ruslar Bakıda tarixi serial çəkəcək

Payızda Bakıda “Konstantinopol” adlı tarixi serialın çəkilişləri olacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın NTV telekanalının baş prodüseri Timur Vaynşteyn azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Serialda XX əsrin əvvəllərində rusiyalı mühacirlərin çətin taleyindən danışılır.

“Ekran işində çox sayda azərbaycanlı artist yer alır, çəkilişlər Moskvada başlayıb. Bakı çəkiliş zamanı 1918-20-ci illərin Konstantinopoluna çevriləcək. Bu, böyük və Rusiya telekanalında ən çox gözlənilən işdir”, – o deyib.  

Baş rollarda Aleksandr Ustüqov, Oksana Akinşina, Kirill Kyaro və Sergey Marin çəkilirlər. Serialda, həmçinin azərbaycanlı aktrisa Könül Nağıyeva yer alıb.

Serial 2025-ci ildən tez olmayaraq işıq üzü görəcək.

Fotoda Oksana Akinşina

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button