Ölkə

Rütbədən məhrum edilən general kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Tofiq Etibar oğlu Həsənovun ali xüsusi rütbəsindən məhrum edilməsi barədə sərəncam imzalayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qaynarinfoya istinadla xatırladır ki, Tofiq Həsənov Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisidir.

O, aprel ayında 10 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş xidmət rəisi külli miqdarda rüşvət almaqla təqsirləndirilib.

Ətraflı

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, T.Həsənovun ədliyyə general-mayoru rütbəsindən və “Vətən uğrunda medalı”ndan mərhum edilməsi üçün həmin rütbəni və dövlət təltifini vermiş müvafiq orqanlara təqdimat göndərilmişdi.

Qeyd edək ki, prokuror sabiq rəisə 11 il həbs cəzası istəmişdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button