Ölkə

Şəbnəmlə Vəfa yenə üz-üzə gəldi

Müğənnilər Vəfa Şərifova ilə Şəbnəm Tovuzlu arasında yenidən qalmaqal başlayıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə mübahisəyə səbəb onların oxuduğu mahnı olub. Belə ki, hər iki ifaçı eyni mahnı fərqli şəxslər tərəfindən satılıb.


“Cənnətim” adlı mahnını ilk Şəbnəm oxuyub və müəllif kimi başqa şəxs qeyd edilib. Şəbnəm mahnını ötən gün təqdim edib. 

Vəfa isə mahnını bu gün təqdim edəcəyini bildirib. O, bəstənin sözlərinin özünə aid olduğunu vurğuluyub. 

“Mahnını aldığım adamla yazışmalarım, pulu ödəməyim, çek, hamısı var. Mən elə şey etmərəm” deyə, Vəfa iddialara cavab verib. 

Qeyd edək ki, Şəbnəm və Vəfa illərdir küsülüdür. Onların mübahisəsinə səbəb Şəbnəmin keçmiş sevgilisinin hazırda Vəfa ilə birlikdə olması olub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button