Ölkə
Şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuş “Orqan musiqisi axşamı” keçiriləcək

25 oktyabr tarixində Kamera və Orqan Musiqisi Zalının səhnəsində Şəhidlərimizin əziz xatirəsinə ithaf olunmuş “Orqan musiqisi axşamı” keçiriləcək.
Bədii rəhbəri Əməkdar İncəsənət xadimi, professor Tahirə Yaqubova olan musiqili gecədə
solistlər – Beynəlxalq müsabiqələr laureatları Nigar Məmmədova (orqan), Şəfəq Abdullayeva (orqan), Sevinc Mirzəli (kamança), Aydın Əliheydər (orqan) və Fidan Rəşidova (orqan) öz ifalarının dinləyicilərə təqdim edəcəklər.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənəcək
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az