Ölkə

Şəhidlərimizin qanı bahasına geri alınan yurdumuzda yaşamaq böyük şərəfdir

Bu gün doğma Cəbrayıla getməyin sevincini yaşayıram və şəhidlərimizin qanı bahasına geri qaytarılan yurdumuzda yaşamaq mənim üçün böyük şərəfdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Aydın Əliyev deyib.

Onun sözlərinə görə, 1993-cü ilin avqust ayında Cəbrayılı tərk etmək məcburiyyətində qalıb. Doğma yurdu məcburi şəkildə tərk etmək çox ağrılı idi.

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində bu gün bizə qismət olub və biz Cəbrayıla gülərüzlə, sevinclə qayıdırıq. Bütün məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarını arzulayıram”, – deyə o qeyd edib.

Xatırladaq ki, bu gün ilk olaraq Cəbrayıl şəhərinə 36 ailə – 117 nəfər köçürülüb.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button