Uncategorized

Şəkidə partlayışda xəsarət alan azyaşlılar öldü

Şəkidə qaz sızması səbəbində evdə baş verən partlayışda ağır xəsarət alan azyaşlılar dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə zamanı ağır xəsarət alan 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəznindəki Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyişiblər.

Ona qeyd edək ki, azyaşlıların anası 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova isə Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəznindəki Yanıq Mərkəzinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, ötən gün Şəkidə evdə partlayış olub, ana və 2 azyaşlı övladı ağır xəsarət alıb.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button