Ölkə

Səmranın sevgilisi kimdir? – FOTO

Yanlış məlumatdır, anam məktəbə çox nadir hallarda gəlirdi, çünki dövlət işində işləyirdi və onun işi mənim dərslərimlə eyni vaxtda başlayıb, eyni saatda bitirdi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səmra Rəhimova sosial mediada anası və şəxsi həyatı ilə bağlı ona izləyicilərinin yazdığı sualları cavablandırarkən deyib. “Haqqımda eşitdiyiniz şayiələri yazın görüm” başlığı ilə izləyicilərinə müraciət edən ulduz, həmçinin sevgilisi olmadığını etiraf edib. “Sevgilisi var” sözlərinə Səmra belə reaksiya verib:

“Doğurdan? Mənim niyə xəbərim yoxdur? Onu deyən adama deyin, adını da desin, bilək. Hər dəfə kimsə haqqımda yalan danışanda 0,01 qəpik kartıma gəlsəydi, indi milyoner idim”.

Başqa bir izləyicisinin “Yalan-doğru eşitdim ki, toylarda oxumaq fikriniz var” sualına isə müğənni əsəbiləşib:

“Mən toylarda və s. tədbirlərdə çıxış edirəm. Etmədiyimi kim deyirsə, elə bil mənim maskamı taxıb camaata səhv məlumat verir”.

Müğənni avtomobil idarə etməsiylə bağlı yazılan rəyə də münasibət bildirib.

“Bu mövzuda təvazokar davranmayacam, çox bomba sürürəm. Radarlar məni, mən də onları sevirəm”, – deyə Səmra gülüş işarəsi qoyaraq qeyd edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button