Ölkə

Sərnişin dərəyə aşan maşından belə çıxarıldı

Şamaxı rayonu (Bakı-Şamaxı-Yevlax yolunun 105-ci kilometrlik hissəsi) ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi nəticəsində vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, nazirliyə daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “RAVON” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş D.Məmmədovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button