Ölkə
Şərqi Zəngəzurda üç şəhərcik salınacaq

Şərqi Zəngəzur iqtisadi rayonunda müvəqqəti olaraq xidməti istifadə üçün 3 şəhərcik salınacaq.
Milli.Az xəbər verir ki, bu barədə etender.gov.az-da məlumat verilib.
Məlumata görə, şəhərciklər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşəcək. Bu məqsədlə təxminən 4 milyon manat vəsait ayrılıb.
Milli.Az