Ölkə
Şəfiqə Məmmədovaya ağır itki üz verdi
Azərbaycanın xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşı, Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskva şəhərində vəfat edib.
Milli.Az xəbər verir ki, bu barədə Kult.az-a “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.
Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir neçə filmdə əsas rolların ifaçısı olub.
Milli.Az