Ölkə

Səhər 7-də klinikada pasientlər olur?

Aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində Xalq artisti Ağadadaş Ağayevin ötən gün Binəqədi rayonu ərazisində yerləşən klinikaların birində mühafizəçi ilə davasını müzakirə edib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, xəstəxananın hüquqşünası Xeyransa Babayeva canlı yayıma qoşularaq məsələ haqda sualları cavablandırıb:

“Pasientlərin gur vaxtı Ağadadaş Ağayev klinikaya yaxınlaşıb ki, sağlamlığı haqda məlumat verib. Amma bizim əməkdaşlar bunu görməyib. Mühafizəçi bizim işçi deyil. Binanın mühafizəçisidir. Aralarında mübahisə düşüb və Ağadadaş Ağayev baltanı ona atıb. İçəri girəndə bizim personala söyməyə başlayıb. Heç bir problemi demədən başlayıb aqressiv hərəkətlər etməyə. Onu sakitləşdirmək mümkün olmayıb, söyüş söyməyi dayandırmayıb”.

Proqramın aparıcısı Zaur Baxşəliyev isə “Səhər saat 7-də xəstəxanada xəstə olur? Personal 9-un yarısından gəlir. Amma 7-dən gəlmirlər” sözlərini söyləyib. 

Studiyada olan həkimlər isə səhər saat 7-də xəstəxanada pasientin çox olmadığını deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button