Ölkə

Şəhid ailələrinə daha bir güzəşt edildi

Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, artıq 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin övladlarına da əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququ müəyyənləşdiriləcək. İndiyə qədər sadəcə bu güzəşt hüququ onların valideynləri və arvadlarına (ərlərinə) şamil edilirdi.

Həmçinin, qərara əsasən, şəhid ailəsi statusu verilmiş şəxslərin valideynləri, dul arvadları (ərləri) və övladları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilən şəhid ailəsi statusunu təsdiq edən vəsiqə əsasında əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququ olacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button