Ölkə

Şəhid Bilal Qəhrəmanovun nəşinin qalıqları dəfn edildi

Birinci Qarabağ müharibəsində itkin düşən və uzun illərdən sonra nəşinin qalıqları tapılan itkin şəhid Bilal Qəhrəman oğlu Qəhrəmanovun nəşinin qalıqları Gədəbəy şəhidlər xiyabanında dəfn edilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Üçrəngli Azərbaycan bayrağı şəhidin qardaşına təqdim edilib.

Qeyd edək ki, Bilal Qəhrəman oğlu Qəhrəmanov 2 iyun 1969-cu ildə Gədəbəy rayonunun Yenikənd, indiki Qızılqaya kəndində anadan olub.

1994-cü il yanvarın 4-də isə Ağdam rayonunun Qarakənd kəndinə “Çeyl yüksəkliyi” adlanan yerdə itkin düşüb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button