Ölkə

Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) “X”dəki hesabında Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü ilə bağlı paylaşım edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 4 il ötür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun əzm və iradəsi sayəsində torpaqlarımızın 30 ilə yaxın hərbi işğalına, vətəndaşlarımızın fundamental hüquqlarının, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına son qoyan Vətən müharibəsi tarixi ədalətin zəfəridir. 27 sentyabr – Anım Günündə bu tarixi zəfəri bizə yaşadan, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və minnətdarlıqla anırıq”.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button