Ölkə

Şəkidə DƏHŞƏTLİ YOL QƏZASI: 3-ü azyaşlı olmaqla 4 nəfər öldü

Bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a bildirilib ki, hadisə nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

——–

20:56

Şəkidə ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndinidən keçən hissəində baş verib.

Hadisədə üç nəfər ölüb, ikisi isə ağır xəsarət alıb.

İlkin məlumata görə, Şəkidən Oğuz rayonu istiqamətində hərəkət edən “Mercedes” markalı 10-VX-141 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Hazırda hadisə yerində müvafiq qurumlar araşdırma aparır. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

——–

20:29

Şəkidə ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə axşam saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Köbər Zəyzid kəndinin ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, qəza zamanı ölən və yaralananlar var. Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button