Ölkə
Şəkidə qonşunun evini təmir edən kişi yıxılaraq ölüb
Şəkidə qonşusunun evini təmir edən kişi bədbəxt hadisə nəticəsində ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Baş Göynük kəndində baş verib. Kənd sakini 1973-cü il təvəllüdlü Orucov Nəzər İsfəndiyar oğlu qonşusunun evinin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan N. Orucov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib və orada dünyasını dəyişib.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun