Ölkə

Şəmkirdə bazar yanıb

Şəmkirdə yanğın hadisəsi baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun fəaliyyət göstərən bazarların birində qeydə alınıb. Rayon Mərkəzi Bazarında Həbibli 1 MMC-nin ərazisində 1998-ci il təvəllüdlü Cəfərov Hidayət Namiq oğluna məxsus ümumi sahəsi 40 kv.m olan dəmir konusturuksuyalardan ibarət kababxanada anidən yanğın olub.

Hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı kababxana kimi fəliyyət göstərən obyektin yanar konstruksiyaları və içərisində olan 1 ədəd soyuducu, qaz piltəsi, stol, stullar və digər əşyalar yanıb. Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından tam mühafizə olunub. Hadisənin səbəbləri araşdırılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button