Ölkə

Sənədsiz evlərin qazı, suyu, işığı kəsiləcək?

Bu ilin oktyabr ayının 1-dən sonra paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Yeni qərara görə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək. Bu xidmətlərin göstərilməsi üçün mütləq şəkildə evin çıxarışı olmalıdır. Bu qərar sosial şəbəkədə geniş müzakirə olunub. 

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Facebook” hesabında hazırda paytaxtda çox sayda sənədsiz evlərin olduğunu xatırladıb:

“Bakı və Abşeron ərazisində yüz minlərlə cıxarışı olmayan fərdi həyət evləri var və onların hər birinin kommunikasiya ilə bağlı bütün sayğacları və qurumlarla müqavilələri var. Əgər o həyət evlərində yaşayan sakinlərin hər hansısa bir kommunikasiya sayğacı xarab olarsa və o sayğacın dəyişdirilməsi ilə bağlı qurumlara müraciət olunarsa, onlardan cıxarış tələb olunacaqmı?” 

Məsələyə münasibət bildirən kommunikasyanı həyata keçirən qurum nümayəndələri bu qərarın sayğacı olan və əvvəldən kommunikasiyaya qoşulan abunəçilərə şamil olunmadığını bildiriblər. 

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, icazə sənədi yeni abonent olmaq istəyənlərdən tələb olunacaq. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button