Ölkə

Sərhədin müxtəlif hissələrində görüşlərin keçirilməsi qərara alındı

Ermənistan və Azərbaycan sərhədin müxtəlif hissələrində hər dəfə delimitasiya üzrə komissiyaların iclaslarının keçirilməsi barədə razılığa gəliblər, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildiriblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bundan əvvəl, iyulun 12-də Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin dördüncü görüşündə bir sıra təşkilati və prosessual məsələlər müzakirə olunub.

Tərəflər növbəti görüşün təşkili üçün məkan kimi bir-birinə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin müxtəlif hissələrini təklif ediblər. Nəticədə onlar Tavuş rayonu və Qazax rayonu ərazisində görüşün keçirilməsi barədə razılığa gəliblər.

“Tərəflərin qarşılıqlı razılığı ilə hər dəfə dövlət sərhədinin müxtəlif hissələrində görüşlərin keçirilməsi qərara alınıb”, – Qriqoryanın ofisinin şərhində deyilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button