Ölkə

Şəriətə əsasən seyyid olan şəxslərə sədəqə verilməz

Şəriət baxımından seyyidlərlə seyyid olmayanlar müəyyən fərqli cəhətlərə malikdirlər. Seyyidlik hər şeydən əvvəl Allah qarşısında böyük bir məsuliyyətdir. Bununla yanaşı Allah-Taala peyğəmbər nəslindən olanların maddi ehtiyac üzündən insanlardan asılı olmaması və əskilməməsi üçün onlara sıravi insanlardan sədəqə və zəkat almağı qadağan etmişdir. Bildiyimiz kimi Ramazan ayının sonunda ödənilən fitrə zəkatını da fəqir seyyidlər yalnız seyyidlərdən ala bilərlər, seyyid olmayan şəxsin seyyidə fitrə zəkatı verməsi qadağandır. Allah-Taala seyyidlərin hörmətini qorumaq üçün onlara digər dini vergi növü olan xümsdən pay ayırmışdır. Müsəlmanlar xümsün yarısını seyyidlərə verməlidirlər. Bu şəriət hökmü seyyidləri nəinki əskiltmir, əksinə, onlara imkan verir ki, öz ehtiramlarını qoruyaraq xüms malını təhvil alsınlar. Çünki müsəlmanlar xümsü onlara minnətlə yox, vacib olan şəriət hökmünün icrası kimi verirlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button