Uncategorized

Sabah 37° isti olacaq

İyunun 27-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.


Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button